• Facebook
  • LinkedIn
  • WhatsApp
  • Instagram
CEDA AI CEDA CENTER OF EXCELLENCE IN DATA & AI

Data və AI. Təlim. Xidmət. Transformasiya.

TəlimKurslar və beynəlxalq sertifikasiya
XidmətKonsaltinq və open-source həllər
TransformasiyaKomanda və data mədəniyyəti
Data və AI

Şirkətlər üçün komanda proqramı, fərdi sertifikasiya kursları və korporativ data xidmətləri.

  • 10sertifikasiya kursu
  • 4korporativ rol
  • 16sənaye use case-i
  • 40+open-source alət

Haqqımızda

Data və AI sahəsində mükəmməllik mərkəzi

CEDA (Center of Excellence in Data & AI) data, analitika və süni intellekt sahəsində ixtisaslaşmış tədris və konsaltinq mərkəzidir. Təcrübəli mütəxəssislərimiz beynəlxalq sertifikasiyaya uyğun təlimlər keçir və real layihələr üzərində praktik bacarıqlar qazandırır.

Şirkətlərə data və AI strategiyası, pulsuz open-source platformaların qurulması və data mədəniyyətinin formalaşdırılmasında dəstək oluruq.

Məqsədimiz sadədir: data əsaslı qərar verən, rəqabətədavamlı komandalar və təşkilatlar yaratmaq.
  • TəlimBeynəlxalq sertifikasiyaya hazırlayan praktik kurslar
  • KonsaltinqData və AI strategiyası, governance, arxitektura
  • Open-source həllərLisenziya xərci olmadan platforma qurulması və dəstəyi
  • Mədəni transformasiyaKomandada data savadlılığı və yeni iş vərdişləri
  • Praktiki yanaşma
  • Beynəlxalq standartlar
  • Açıq mənbə
  • Yerli bazar təcrübəsi
  • Ölçülə bilən nəticə
1Korporativ proqram2Sertifikasiya kursları3Xidmətlər4Mədəni transformasiya
01

01Enterprise Change Program

Bir komanda. Dörd rol. Tam data və AI transformasiyası.

Yeni proqram

Şirkətinizin data və AI komandasını 4 rolda qurun.

4 əməkdaş, hər biri öz səviyyəsini keçir. Birlikdə şirkətin data və AI transformasiyasını tam əhatə edirlər.

  1. Design
  2. Build Data
  3. Build AI
  4. Govern
4rol
4əməkdaş
3ay hər modul
48həftəlik proqram

Əməkdaş 1

Data Architect

Design

Enterprise Data Architect

  • 12 həftə
  • 72–84 saat
  • Advanced
12 həftəlik proqram
  1. 01Enterprise Data Architecture Fundamentals
  2. 02Database & Data Modeling Architecture
  3. 03Data Warehouse Architecture
  4. 04Data Lake & Lakehouse
  5. 05Modern Data Architecture Patterns
  6. 06Data Integration Architecture
  7. 07Cloud Data Architecture
  8. 08Data Governance Architecture
  9. 09Data Security Architecture
  10. 10Data Platform Architecture
  11. 11Architecture Governance & Documentation
  12. 12Final Architecture Board

Əməkdaş 2

Data Engineer

Build Data

Data Engineering Professional

  • 12 həftə
  • 84–96 saat
  • Intermediate → Advanced
12 həftəlik proqram
  1. 01Data Engineering Foundations
  2. 02Advanced SQL
  3. 03Data Modeling
  4. 04Python for Data Engineering
  5. 05ETL / ELT Engineering
  6. 06dbt / Analytics Engineering
  7. 07Airflow
  8. 08Apache Spark
  9. 09Kafka & Streaming
  10. 10Lakehouse
  11. 11Production Data Engineering
  12. 12Capstone layihə

Əməkdaş 3

AI / ML Engineer

Build AI

AI / ML Model Engineering

  • 12 həftə
  • 90–100 saat
  • Advanced
12 həftəlik proqram
  1. 01Machine Learning Foundations
  2. 02Machine Learning Engineering
  3. 03Deep Learning
  4. 04Transformers
  5. 05NLP & Foundation Models
  6. 06LLM Fine-tuning
  7. 07Model Evaluation
  8. 08Model Optimization
  9. 09Multimodal AI
  10. 10Model Serving
  11. 11MLOps
  12. 12Model Capstone

Əməkdaş 4

AI & Governance Lead

Govern

Enterprise AI Architect & Governance

  • 12 həftə
  • 80–90 saat
  • Expert
12 həftəlik proqram
  1. 01Enterprise AI Strategy
  2. 02Enterprise AI Architecture
  3. 03LLM Architecture
  4. 04RAG Architecture
  5. 05AI Agents
  6. 06Enterprise AI Platform
  7. 07AI Security
  8. 08AI Governance
  9. 09AI Risk
  10. 10AI Regulations & Standards
  11. 11AI Operating Model
  12. 12AI Architecture Board

Nəticə: şirkətinizdə tam data və AI komandası.

Biri dizayn edir, biri qurur, biri AI yaradır, biri idarə edir. Modullar paralel keçilə bilər.

02

02Sertifikasiya kursları

10 kurs. 4 istiqamət. Bir hədəf: beynəlxalq sertifikat.

Excel
Power BI
Tableau
Oracle SQLSQL
CDMP
Python
RPA
AI GovernanceAI Gov.
Data EngineeringData Eng.
Data ArchitectureData Arch.
10kurs

Kurs qalaktikası

Hər dairə bir istiqamətdir. İstədiyiniz kursun adına basın, aşağıda onun kartı və proqramı açılacaq.

  • Data Analytics & BIXam datadan dashboard-a və qərara, 3 kurs
  • Database & Data GovernanceVerilənlər bazası və data idarəetməsi, 2 kurs
  • Programming & AutomationKod yazmaq və prosesləri avtomatlaşdırmaq, 2 kurs
  • AI & Data EngineeringSüni intellekt və müasir data platformaları, 3 kurs

Data Analytics & BI

Excel Expert MO-211

Microsoft Office Specialist

  • 1 ay
  • Həftədə 2 dəfə
  • Fiziki və onlayn
Mövzular (12)
  1. 01İş kitabının idarə edilməsi və parametrləri
  2. 02Makroların yazılması və redaktəsi
  3. 03Flash Fill, xüsusi formatlar və data doldurma
  4. 04Data validation və şərti formatlaşdırma
  5. 05Məntiqi funksiyalar: IF, IFS, SWITCH, SUMIFS
  6. 06Axtarış funksiyaları: XLOOKUP, INDEX / MATCH
  7. 07Tarix, maliyyə və statistik funksiyalar
  8. 08What-If analizi: Goal Seek, Scenario Manager
  9. 09Formula xətalarının izlənməsi və yoxlanması
  10. 10PivotTable və PivotChart
  11. 11Qabaqcıl diaqramlar
  12. 12MO-211 imtahanına hazırlıq

Data Analytics & BI

Power BI Data Analyst

Microsoft Certified: Power BI Data Analyst

  • 1.5 ay
  • Həftədə 2 dəfə
  • Fiziki və onlayn
Mövzular (12)
  1. 01Power BI Desktop-a giriş
  2. 02Data mənbələrinə qoşulma
  3. 03Power Query ilə datanın təmizlənməsi
  4. 04Data modeli: əlaqələr və star schema
  5. 05DAX əsasları: measure və calculated column
  6. 06Time intelligence funksiyaları
  7. 07Vizuallar və interaktiv hesabatlar
  8. 08Dashboard dizaynı və data storytelling
  9. 09Performans optimizasiyası
  10. 10Power BI Service: workspace, paylaşma, refresh
  11. 11Row-level security
  12. 12PL-300 imtahanına hazırlıq

Data Analytics & BI

Tableau Desktop Specialist

Tableau Data Analyst

  • 1.5 ay
  • Həftədə 2 dəfə
  • Fiziki və onlayn
Mövzular (11)
  1. 01Tableau interfeysi və əsas anlayışlar
  2. 02Data mənbələri: join, union, relationships
  3. 03Dimension və measure, discrete və continuous
  4. 04Əsas diaqram növləri
  5. 05Filtrlər, parametrlər, group və set
  6. 06Calculated field-lər
  7. 07Table calculation-lar
  8. 08Coğrafi data və xəritələr
  9. 09Dashboard və story qurulması
  10. 10Hesabatın paylaşılması və export
  11. 11İmtahana hazırlıq

Database & Data Governance

SQL — Oracle Certified Associate

Oracle Certified Associate

  • 2 ay
  • Həftədə 2 dəfə
  • Fiziki və onlayn
Mövzular (13)
  1. 01Relational verilənlər bazası və Oracle-a giriş
  2. 02SELECT, WHERE, ORDER BY
  3. 03Single-row funksiyalar
  4. 04Çevirmə funksiyaları və şərti ifadələr
  5. 05Group funksiyaları: GROUP BY, HAVING
  6. 06JOIN növləri
  7. 07Subquery-lər
  8. 08SET operatorları
  9. 09DML əmrləri və tranzaksiyalar
  10. 10DDL: cədvəllər və constraint-lər
  11. 11View, sequence, index, synonym
  12. 12İstifadəçilər, icazələr və data dictionary
  13. 131Z0-071 imtahanına hazırlıq

Database & Data Governance

CDMP — Certified Data Management Professional

DAMA CDMP Associate

  • 1 ay
  • Həftədə 1 dəfə
  • Fiziki
Mövzular (14)
  1. 01Data Management və DAMA-DMBOK çərçivəsi
  2. 02Data Governance
  3. 03Data Architecture
  4. 04Data Modeling & Design
  5. 05Data Storage & Operations
  6. 06Data Security
  7. 07Data Integration & Interoperability
  8. 08Document & Content Management
  9. 09Reference & Master Data
  10. 10Data Warehousing & BI
  11. 11Metadata Management
  12. 12Data Quality
  13. 13Big Data, Data Science və Data Ethics
  14. 14İmtahan strategiyası və sınaq testləri

Programming & Automation

Python

PCEP™

  • 4 ay
  • Həftədə 1 dəfə
  • Fiziki və onlayn
Mövzular (14)
  1. 01Proqramlaşdırma və Python-a giriş
  2. 02Dəyişənlər, data tipləri, operatorlar
  3. 03Input / output
  4. 04Şərt operatorları
  5. 05Dövrlər
  6. 06List, tuple, dictionary, string
  7. 07Funksiyalar
  8. 08Exception-ların idarə olunması
  9. 09Modullar və paketlər
  10. 10Fayllarla iş
  11. 11Pandas ilə data analizinə giriş
  12. 12Data vizuallaşdırması
  13. 13Maşın öyrənməsinə giriş
  14. 14PCEP imtahanına hazırlıq

Programming & Automation

RPA — Robotic Process Automation

Təlim sonunda fiziki sertifikat

  • 2 ay
  • Həftədə 1 dəfə
  • Fiziki və onlayn
Mövzular (11)
  1. 01RPA nədir və harada tətbiq olunur
  2. 02Avtomatlaşdırma üçün proses seçimi və analizi
  3. 03RPA platformasının interfeysi
  4. 04Sequence və flowchart workflow-lar
  5. 05Dəyişənlər və arqumentlər
  6. 06UI avtomatlaşdırması və selector-lar
  7. 07Excel və e-poçt avtomatlaşdırması
  8. 08PDF və sənədlərdən data çıxarılması
  9. 09Xətaların idarə olunması
  10. 10Robotun işə salınması və monitorinqi
  11. 11Final layihə

AI & Data Engineering

AI Governance

ISO/IEC 42001 əsasında

  • 4 ay
  • Həftədə 2 dəfə
  • Onlayn
Mövzular (12)
  1. 01AI əsasları və risk mənzərəsi
  2. 02ISO/IEC 42001 strukturu (AIMS)
  3. 03Təşkilatın konteksti və maraqlı tərəflər
  4. 04Liderlik və AI siyasəti
  5. 05AI risk qiymətləndirməsi (ISO/IEC 23894)
  6. 06AI impact assessment
  7. 07Annex A kontrolları
  8. 08AI üçün data governance
  9. 09Responsible AI: bias, şəffaflıq, izah oluna bilmə
  10. 10NIST AI RMF və EU AI Act
  11. 11Daxili audit və monitorinq
  12. 12Sertifikasiyaya hazırlıq

AI & Data Engineering

Data Engineering

Təlim sonunda fiziki sertifikat

  • 4 ay
  • Həftədə 2 dəfə
  • Onlayn
Mövzular (12)
  1. 01Data Engineering əsasları
  2. 02Qabaqcıl SQL
  3. 03Data Engineering üçün Python
  4. 04Data modelləşdirmə
  5. 05ETL / ELT prosesləri
  6. 06Airflow ilə orkestrasiya
  7. 07Apache Spark
  8. 08Kafka və streaming
  9. 09Data Lake və Lakehouse
  10. 10Cloud data platformaları
  11. 11Data keyfiyyəti və monitorinq
  12. 12Final layihə

AI & Data Engineering

Data Architecture

Təlim sonunda fiziki sertifikat

  • 4 ay
  • Həftədə 2 dəfə
  • Onlayn
Mövzular (12)
  1. 01Data arxitekturasının əsasları
  2. 02TOGAF və enterprise arxitektura
  3. 03DAMA-DMBOK çərçivəsi
  4. 04Data modelləşdirmə
  5. 05Data Warehouse arxitekturası
  6. 06Data Lake və Lakehouse
  7. 07Data Mesh və Data Fabric
  8. 08İnteqrasiya arxitekturası
  9. 09Cloud data arxitekturası
  10. 10Governance və security arxitekturası
  11. 11Arxitekturanın sənədləşdirilməsi
  12. 12Final layihə

Tələbələrimiz harada çalışır

Bank, dövlət və biznes sektorunun aparıcı qurumlarında

  • ABB
  • Xalq Bank
  • ADY
  • Təhsil Nazirliyi
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • AccessBank
  • ISB
  • Pepsi
  • Azersun
  • Bravo
  • bir
  • Birmarket
  • PAŞA Bank
  • Dövlət Vergi Xidməti
  • Kapital Bank
03

03Korporativ xidmətlər

Strategiyadan istismara qədər: data və AI üzrə tam xidmət kataloqu.

DATA VƏ AI STRATEGİYASI5 xidmətGENERATIVE AI VƏ AI AGENTLƏR6 xidmətDATA GOVERNANCE VƏ İDARƏETMƏ5 xidmətDATA ARXİTEKTURASI VƏ MODELLƏŞDİRMƏ4 xidmətDATA PLATFORMA VƏ ENGINEERING5 xidmətANALİTİKA VƏ BI4 xidmətAI VƏ MAŞIN ÖYRƏNMƏSİ4 xidmətRESPONSIBLE AI VƏ TƏHLÜKƏSİZLİK4 xidmətİDARƏ OLUNAN XİDMƏTLƏR VƏ DƏSTƏK3 xidmətTƏLİM VƏ TRANSFORMASİYA4 xidmət

İstiqamət 15 xidmət

DATA VƏ AI STRATEGİYASI

Hədəfdən başlayırıq: nəyə, nə üçün və hansı ardıcıllıqla investisiya etmək lazımdır.

  • 01Data maturity assessment

    Şirkətin data idarəetmə yetkinliyi DAMA-DMBOK-un 11 bilik sahəsi üzrə 1–5 şkalası ilə ölçülür.

    Dərin baxış
    Necə edirik
    Rəhbərlik və komandalarla müsahibələr, sənəd və sistem təhlili aparılır, rəqəmsal yetkinlik xəritəsi hazırlanır.
    Nəticə
    Güclü və zəif tərəflər, prioritetlər və 12–18 aylıq yol xəritəsi.
  • 02AI hazırlıq qiymətləndirməsi

    Data, texnologiya, komanda, proseslər və idarəetmə baxımından şirkətin AI tətbiqinə hazırlığı yoxlanılır.

    Dərin baxış
    Necə edirik
    Mövcud data mənbələri, infrastruktur və bacarıqlar analiz edilir, AI üçün maneələr müəyyənləşdirilir.
    Nəticə
    AI hazırlıq səviyyəsi, boşluqlar siyahısı və ilk addımlar planı.
  • 03Data və AI yol xəritəsi

    Biznes strategiyasına bağlı, mərhələli data və AI transformasiya planı hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Hər mərhələ üçün layihələr, büdcə, komanda və ölçülə bilən göstəricilər (KPI) müəyyən edilir.
    Nəticə
    İcra oluna bilən, rəhbərliyə təqdim olunmağa hazır 12–24 aylıq plan.
  • 04Use case seçimi və biznes dəyəri

    Şirkətdəki onlarla data və AI ideyası toplanır və qiymətləndirilir.

    Dərin baxış
    Necə edirik
    Hər ideya biznes dəyəri, icra çətinliyi və data mövcudluğu üzrə balla ölçülür, ROI hesablanır.
    Nəticə
    Ən tez nəticə verəcək use case-lərin prioritet siyahısı.
  • 05Data savadlılığının qiymətləndirilməsi

    Əməkdaşların data ilə işləmə, oxuma və qərarvermə bacarıqları ölçülür.

    Dərin baxış
    Necə edirik
    Rol əsaslı testlər və sorğular aparılır, departamentlər üzrə müqayisə edilir.
    Nəticə
    Rol üzrə inkişaf planı və təlim tövsiyələri.

İstiqamət 26 xidmət

GENERATIVE AI VƏ AI AGENTLƏR

Şirkət biliyini danışan, işləri özü görən AI həlləri.

  • 01Korporativ bilik asistenti (RAG)

    Daxili qaydalar, prosedurlar, müqavilələr və bazalar üzrə suallara cavab verən AI asistent qurulur.

    Dərin baxış
    Necə edirik
    Sənədlər vektor bazasına indekslənir, cavablar mənbə göstərilməklə verilir, giriş hüquqları nəzərə alınır.
    Nəticə
    Əməkdaşlar lazımi məlumatı saniyələr içində, etibarlı mənbə ilə tapır.
  • 02Əməkdaşlar üçün copilot-lar

    Hesabat yazan, e-poçt hazırlayan, sənədi xülasə edən və tərcümə edən iş köməkçiləri hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Şirkətin sistemlərinə və şablonlarına inteqrasiya olunur, təhlükəsizlik qaydaları tətbiq edilir.
    Nəticə
    Rutin yazı işlərinə sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalır.
  • 03AI agentlər

    Bir neçə sistemdə addım-addım tapşırıq yerinə yetirən avtomatlaşdırılmış AI iş axınları qurulur.

    Dərin baxış
    Necə edirik
    Məsələn: müraciəti oxuyur, CRM-də yoxlayır, cavab hazırlayır və tapşırıq açır; kritik addımlarda insan təsdiqi saxlanılır.
    Nəticə
    Təkrarlanan proseslər avtomatlaşır, komanda mürəkkəb işlərə fokuslanır.
  • 04Özəl (on-premise) LLM

    Açıq mənbəli dil modelləri (Llama, Mistral, Qwen) sizin serverlərinizdə qurulur.

    Dərin baxış
    Necə edirik
    GPU infrastrukturu, model seçimi, performans testləri və təhlükəsizlik konfiqurasiyası aparılır.
    Nəticə
    Həssas data şirkətdən kənara çıxmadan generative AI imkanları.
  • 05Azərbaycan dili üçün həllər

    Azərbaycan dilində mətn təsnifatı, xülasə, axtarış, ad çıxarılması və nitq həlləri hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Modellər şirkət datası ilə uyğunlaşdırılır (fine-tuning) və keyfiyyəti yerli testlərlə ölçülür.
    Nəticə
    Yerli dildə dəqiq işləyən AI həlləri.
  • 06LLMOps və keyfiyyət nəzarəti

    AI cavablarının dəqiqliyi, təhlükəsizliyi və xərci davamlı ölçülür.

    Dərin baxış
    Necə edirik
    Qiymətləndirmə dəstləri, halüsinasiya testləri, prompt versiyalaşdırması və monitorinq qurulur.
    Nəticə
    Etibarlı, ölçülə bilən və idarə olunan AI həlləri.

İstiqamət 35 xidmət

DATA GOVERNANCE VƏ İDARƏETMƏ

Etibarlı, sahibi bəlli və keyfiyyətli data.

  • 01Governance çərçivəsi və rollar

    DAMA-DMBOK əsasında data governance modeli qurulur.

    Dərin baxış
    Necə edirik
    Data owner, steward rolları, siyasətlər, standartlar və data governance komitəsi formalaşdırılır.
    Nəticə
    Datanın kimə aid olduğu və necə idarə olunduğu aydın olur.
  • 02Data kataloqu və metadata

    Bütün cədvəllər, hesabatlar və data aktivləri bir kataloqda toplanır.

    Dərin baxış
    Necə edirik
    Biznes lüğəti, sahiblər, təsvirlər və avtomatik metadata toplanması qurulur.
    Nəticə
    Hər kəs lazımi datanı tapır və düzgün başa düşür.
  • 03Data keyfiyyəti

    Tamlıq, dəqiqlik, unikallıq və vaxtında olma qaydaları müəyyən edilir.

    Dərin baxış
    Necə edirik
    Avtomatik yoxlamalar, xəbərdarlıqlar və keyfiyyət dashboard-u qurulur.
    Nəticə
    Hesabatlar və AI modelləri etibarlı dataya əsaslanır.
  • 04Master Data Management

    Müştəri, məhsul, kontragent kimi əsas dataların vahid, təkrarsız versiyası yaradılır.

    Dərin baxış
    Necə edirik
    Uyğunlaşdırma (matching), birləşdirmə qaydaları və idarəetmə prosesi qurulur.
    Nəticə
    Bütün sistemlərdə eyni və düzgün əsas data.
  • 05Alətlərin quraşdırılması və dəstəklənməsi

    OpenMetadata, DataHub və digər governance platformaları quraşdırılır.

    Dərin baxış
    Necə edirik
    Mənbələrə qoşulma, lineage, istifadəçi hüquqları və davamlı texniki dəstək təmin edilir.
    Nəticə
    Lisenziya xərci olmadan işlək governance platforması.

İstiqamət 44 xidmət

DATA ARXİTEKTURASI VƏ MODELLƏŞDİRMƏ

Böyüməyə hazır, sadə və aydın arxitektura.

  • 01Data model qiymətləndirməsi və dizaynı

    Mövcud konseptual, məntiqi və fiziki modellər analiz edilir.

    Dərin baxış
    Necə edirik
    Təkrarçılıq, uyğunsuzluq və normallaşdırma problemləri tapılır, təkmilləşdirilmiş və ya yeni model hazırlanır.
    Nəticə
    Aydın, sənədləşdirilmiş və böyüməyə hazır data modeli.
  • 02Enterprise data arxitekturası

    Şirkətin hazırkı və hədəf data arxitekturası (current/target state) hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Sistemlər, inteqrasiyalar və texnologiyalar xəritələnir, keçid planı və texnologiya seçimi əsaslandırılır.
    Nəticə
    Uzunmüddətli, xərci optimal arxitektura planı.
  • 03Data Mesh və Data Fabric

    Böyük təşkilatlar üçün domen əsaslı data yanaşmaları dizayn edilir.

    Dərin baxış
    Necə edirik
    Data məhsulları, domen sahibliyi və self-service platforma prinsipləri tətbiq olunur.
    Nəticə
    Miqyaslana bilən, komandalara müstəqillik verən data modeli.
  • 04DWH və Lakehouse dizaynı

    Hesabat və analitika üçün vahid data anbarı layihələndirilir.

    Dərin baxış
    Necə edirik
    Star schema, Bronze/Silver/Gold qatları və tarixçə (SCD) modelləri qurulur.
    Nəticə
    Sürətli, etibarlı və vahid hesabatlılıq bazası.

İstiqamət 55 xidmət

DATA PLATFORMA VƏ ENGINEERING

Datanı mənbədən qərara qədər etibarlı daşıyırıq.

  • 01Müasir data platforması

    Lakehouse və ya DWH platforması cloud-da və ya on-premise qurulur.

    Dərin baxış
    Necə edirik
    Saxlama, emal, orkestrasiya və təhlükəsizlik qatları bir-birinə inteqrasiya olunur.
    Nəticə
    Bütün data bir platformada, analitika və AI üçün hazır.
  • 02ETL / ELT pipeline-lar

    Bazalardan, API-lərdən və fayllardan datanın çıxarılması, çevrilməsi və yüklənməsi hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Airflow ilə orkestrasiya, testlər, monitorinq və xətaya davamlılıq qurulur.
    Nəticə
    Avtomatik, vaxtında və etibarlı data axınları.
  • 03Real-time streaming

    Anlıq data emalı üçün hadisə əsaslı arxitektura qurulur.

    Dərin baxış
    Necə edirik
    Kafka və CDC (Debezium) ilə sistemlərdəki dəyişikliklər saniyələr içində ötürülür.
    Nəticə
    Real vaxt dashboard-ları və anlıq qərarlar.
  • 04Cloud və data miqrasiyası

    Köhnə sistemlərdən yeni platformaya və ya cloud-a data köçürülür.

    Dərin baxış
    Necə edirik
    Miqrasiya planı, data yoxlaması və paralel işləmə mərhələləri ilə itkisiz keçid təmin edilir.
    Nəticə
    Risksiz, yoxlanılmış miqrasiya.
  • 05DataOps

    Data komandasının iş prosesləri proqram mühəndisliyi təcrübələri ilə sürətləndirilir.

    Dərin baxış
    Necə edirik
    CI/CD, versiyalaşdırma, avtomatik testlər və mühitlər (dev/test/prod) qurulur.
    Nəticə
    Dəyişikliklər daha sürətli və daha az səhvlə istismara çıxır.

İstiqamət 64 xidmət

ANALİTİKA VƏ BI

Hər rəhbərin masasında bir baxışda aydın mənzərə.

  • 01İdarəetmə dashboard-ları

    KPI-lar üzrə interaktiv və mobil uyğun idarəetmə panelləri hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Göstəricilər rəhbərliklə birlikdə müəyyən edilir, data modeli və vizual dizayn qurulur.
    Nəticə
    Rəhbərlik bir baxışda aktual vəziyyəti görür.
  • 02Self-service BI

    Biznes istifadəçilərinin öz hesabatlarını qura bilməsi üçün mühit yaradılır.

    Dərin baxış
    Necə edirik
    Hazır data modelləri, qaydalar və istifadəçi təlimləri təmin edilir.
    Nəticə
    IT-yə asılılıq azalır, sualların cavabı tez tapılır.
  • 03Semantik qat və KPI modeli

    Bütün hesabatlarda eyni göstəricinin eyni formula ilə hesablanması təmin edilir.

    Dərin baxış
    Necə edirik
    KPI lüğəti və mərkəzləşdirilmiş semantik model qurulur.
    Nəticə
    Rəqəmlər üzərində mübahisə bitir.
  • 04BI platformasının qurulması

    Power BI, Tableau, Oracle Analytics və ya pulsuz Apache Superset, Metabase quraşdırılır.

    Dərin baxış
    Necə edirik
    Mənbələrə qoşulma, istifadəçi hüquqları, yenilənmə və performans konfiqurasiyası aparılır.
    Nəticə
    İşlək, idarə olunan hesabatlılıq platforması.

İstiqamət 74 xidmət

AI VƏ MAŞIN ÖYRƏNMƏSİ

Proqnozlaşdıran, tanıyan və optimallaşdıran modellər.

  • 01Proqnoz modelləri

    Satış, tələb, churn, risk və gəlir proqnozları üçün ML modelləri hazırlanır.

    Dərin baxış
    Necə edirik
    Data hazırlığı, model seçimi, dəqiqlik testləri və sistemlərə inteqrasiya aparılır.
    Nəticə
    Qərarlar təxminə deyil, proqnoza əsaslanır.
  • 02Computer vision

    Kamera və təsvirlərdən obyekt, qüsur və təhlükəsizlik pozuntularının aşkarlanması.

    Dərin baxış
    Necə edirik
    Mövcud kameralar istifadə olunur, model yerli şəraitə uyğun öyrədilir.
    Nəticə
    Real vaxt nəzarəti və avtomatik xəbərdarlıqlar.
  • 03Sənədlərin avtomatik emalı

    Müqavilə, qaimə, ərizə və formlardan məlumat avtomatik çıxarılır.

    Dərin baxış
    Necə edirik
    OCR və Document AI modelləri sənəd növlərinə uyğunlaşdırılır, nəticə sistemlərə ötürülür.
    Nəticə
    Əl ilə daxiletmə azalır, səhvlər düşür.
  • 04MLOps

    Modellərin istismara verilməsi, monitorinqi və yenilənməsi avtomatlaşdırılır.

    Dərin baxış
    Necə edirik
    MLflow ilə təcrübə izləmə, model reyestri, drift monitorinqi və CI/CD qurulur.
    Nəticə
    Modellər istismarda da dəqiq qalır.

İstiqamət 84 xidmət

RESPONSIBLE AI VƏ TƏHLÜKƏSİZLİK

Etibarlı, qanuna uyğun və izah oluna bilən AI.

  • 01ISO/IEC 42001 uyğunluğu

    AI idarəetmə sistemi (AIMS) standarta uyğun qurulur.

    Dərin baxış
    Necə edirik
    Siyasətlər, risk qiymətləndirməsi, Annex A kontrolları və daxili audit hazırlanır.
    Nəticə
    Sertifikasiyaya hazır, beynəlxalq standarta uyğun AI idarəetməsi.
  • 02AI risk və model validasiyası

    AI modellərinin bias, dəqiqlik, izah oluna bilmə və təhlükəsizlik riskləri yoxlanılır.

    Dərin baxış
    Necə edirik
    NIST AI RMF və EU AI Act yanaşmaları ilə müstəqil validasiya aparılır.
    Nəticə
    Etibarlı və müdafiə oluna bilən AI qərarları.
  • 03Data məxfiliyi və PII

    Həssas və şəxsi dataların təsnifatı və qorunması təmin edilir.

    Dərin baxış
    Necə edirik
    Maskalama, tokenləşdirmə, giriş nəzarəti (RBAC/ABAC) və audit qeydləri qurulur.
    Nəticə
    Məxfilik riskləri və data sızması ehtimalı azalır.
  • 04AI siyasəti və reyestri

    Şirkətdə istifadə olunan bütün AI həllərinin qeydiyyatı və qaydaları yaradılır.

    Dərin baxış
    Necə edirik
    AI istifadə siyasəti, təsdiq prosesi və məsuliyyət bölgüsü hazırlanır.
    Nəticə
    AI istifadəsi şəffaf və nəzarətli olur.

İstiqamət 93 xidmət

İDARƏ OLUNAN XİDMƏTLƏR VƏ DƏSTƏK

Qurduğumuzu işlək saxlayırıq.

  • 01SLA ilə texniki dəstək

    Qurulmuş platformalar və həllər üçün razılaşdırılmış müddətlərlə dəstək verilir.

    Dərin baxış
    Necə edirik
    Hadisələrin qeydiyyatı, prioritetləşdirmə və cavab müddətləri SLA-da müəyyən edilir.
    Nəticə
    Sistemlər fasiləsiz və proqnozlaşdırıla bilən işləyir.
  • 02Platforma əməliyyatları

    Platformaların gündəlik istismarı bizim komanda tərəfindən aparılır.

    Dərin baxış
    Necə edirik
    Monitorinq, yeniləmələr, ehtiyat nüsxə, performans və xərc nəzarəti təmin edilir.
    Nəticə
    Daxili komandanın yükü azalır.
  • 03Managed DataOps / MLOps

    Data pipeline-ların və ML modellərin istismarı tam şəkildə bizə həvalə olunur.

    Dərin baxış
    Necə edirik
    Xətaların aradan qaldırılması, yenidən öyrətmə və hesabatlılıq daxildir.
    Nəticə
    Siz nəticədən istifadə edirsiniz, texniki yük bizdə qalır.

İstiqamət 104 xidmət

TƏLİM VƏ TRANSFORMASİYA

Dəyişikliyi insanlar edir, biz onları hazırlayırıq.

  • 01Korporativ Data və AI akademiyası

    Şirkətin sahəsinə və alətlərinə uyğun rol əsaslı təlim proqramı qurulur.

    Dərin baxış
    Necə edirik
    Real şirkət datası ilə praktik tapşırıqlar və beynəlxalq sertifikasiya hazırlığı daxildir.
    Nəticə
    Daxili komanda qurulan həlləri müstəqil idarə edə bilir.
  • 02Rəhbərlər üçün data savadlılığı

    Rəhbərlər üçün data əsaslı qərarvermə və AI imkanları üzrə qısa sessiyalar.

    Dərin baxış
    Necə edirik
    Real biznes nümunələri, dashboard oxuma və AI risklərinin idarəsi öyrədilir.
    Nəticə
    Rəhbərlik data və AI layihələrini düzgün qiymətləndirir.
  • 03Data və AI mərkəzinin (CoE) qurulması

    Şirkət daxilində data və AI mükəmməllik mərkəzi formalaşdırılır.

    Dərin baxış
    Necə edirik
    Rollar, komanda strukturu, standartlar və iş prosesləri müəyyən edilir.
    Nəticə
    Transformasiya davamlı və şirkətin öz gücü ilə davam edir.
  • 04Dəyişikliklərin idarə olunması

    Yeni alət və proseslərin əməkdaşlar tərəfindən qəbul edilməsi təmin edilir.

    Dərin baxış
    Necə edirik
    Kommunikasiya planı, pilot qruplar və istifadə göstəricilərinin izlənməsi aparılır.
    Nəticə
    Qurulan həllər real istifadə olunur.

3ANecə işləyirik

Kiçik başlayırıq, nəticəni ölçürük, sonra miqyaslayırıq. 6 mərhələli yol xəritəsi.

STARTBirinci görüş və ehtiyacların müəyyənləşdirilməsi

  1. 1

    Mərhələ 1

    Kəşf və qiymətləndirmə

    Nəticə:

    • Maraqlı tərəflərlə müsahibələr
    • Data maturity və AI hazırlıq hesabatı
    • Prioritet problemlərin siyahısı
    Ətraflı: nə edirik?

    Addımlar

    1. Rəhbərlik və komandalarla müsahibələr
    2. Data mənbələrinin və sistemlərin inventarı
    3. Data maturity və AI hazırlıq ölçməsi
    4. Əsas biznes problemlərinin müəyyənləşdirilməsi

    Təxmini müddət

    adətən 2–4 həftə

    Sizin tərəfdən iştirak

    Rəhbərlik, IT və biznes bölmələrinin nümayəndələri

  2. 2

    Mərhələ 2

    Strategiya və yol xəritəsi

    Nəticə:

    • Hədəf arxitektura
    • Use case portfeli və ROI
    • Mərhələli yol xəritəsi və büdcə
    Ətraflı: nə edirik?

    Addımlar

    1. Hədəf data və AI arxitekturasının dizaynı
    2. Use case-lərin biznes dəyəri və ROI ilə prioritetləşdirilməsi
    3. Hər mərhələ üçün pulsuz open-source alətlərin seçimi
    4. Büdcə, komanda və zaman planı

    Təxmini müddət

    adətən 2–3 həftə

    Sizin tərəfdən iştirak

    Rəhbərlik və IT arxitektorları

  3. 3

    Mərhələ 3

    PoC və pilot

    Nəticə:

    • Seçilmiş use case üzrə işlək prototip
    • Real data ilə nəticənin ölçülməsi
    • Miqyaslama üçün qərar
    Ətraflı: nə edirik?

    Addımlar

    1. Seçilmiş use case üçün minimal platformanın qurulması
    2. Real data üzərində model və ya dashboard hazırlanması
    3. Nəticənin əvvəlcədən razılaşdırılmış KPI ilə ölçülməsi
    4. Miqyaslama üçün texniki və maliyyə təklifi

    Təxmini müddət

    adətən 6–8 həftə

    Sizin tərəfdən iştirak

    Biznes sahibi və data mütəxəssisi

  4. 4

    Mərhələ 4

    Qurulma və inteqrasiya

    Nəticə:

    • Platforma, pipeline və modellər
    • Sistemlərlə inteqrasiya
    • Təhlükəsizlik və governance nəzarətləri
    Ətraflı: nə edirik?

    Addımlar

    1. Platformanın istismar mühitində qurulması
    2. Pipeline, model və hesabatların hazırlanması
    3. Mövcud sistemlərlə inteqrasiya
    4. Təhlükəsizlik, giriş hüquqları və governance nəzarətləri

    Təxmini müddət

    layihənin həcminə görə 2–6 ay

    Sizin tərəfdən iştirak

    IT, informasiya təhlükəsizliyi və data sahibləri

  5. 5

    Mərhələ 5

    Miqyaslama və komanda

    Nəticə:

    • Həllin bütün şirkətə yayılması
    • Əməkdaşların təlimi
    • Data və AI mərkəzinin (CoE) qurulması
    Ətraflı: nə edirik?

    Addımlar

    1. Həllin digər departamentlərə yayılması
    2. Rol üzrə təlimlər və data savadlılığı proqramı
    3. Data və AI mərkəzinin (CoE) yaradılması
    4. İstifadə göstəricilərinin izlənməsi

    Təxmini müddət

    adətən 3–6 ay

    Sizin tərəfdən iştirak

    Departament rəhbərləri və HR/təlim bölməsi

  6. 6

    Mərhələ 6

    İstismar və davamlı dəstək

    Nəticə:

    • SLA ilə dəstək və monitorinq
    • Modellərin yenilənməsi
    • Davamlı təkmilləşdirmə
    Ətraflı: nə edirik?

    Addımlar

    1. SLA ilə texniki dəstək və hadisələrin həlli
    2. Monitorinq, yeniləmələr və təhlükəsizlik düzəlişləri
    3. Modellərin yenidən öyrədilməsi
    4. Rüblük təkmilləşdirmə hesabatları

    Təxmini müddət

    davamlı

    Sizin tərəfdən iştirak

    IT əməliyyat komandası

NƏTİCƏData və AI ilə idarə olunan şirkət

3BAçıq mənbəli data və AI platforması

Pulsuz open-source alətlərlə qururuq və dəstəkləyirik: platformanın hər mərhələsi lisenziya xərci olmadan.

  1. 01Pulsuz, open source
    Data inteqrasiyası
    • Airbyte
    • Apache NiFi
    • Debezium (CDC)
    • Meltano
    • Apache SeaTunnel
  2. 02Pulsuz, open source
    Axın və orkestrasiya
    • Apache Airflow
    • Apache Kafka
    • Dagster
    • Prefect
    • Apache Flink
  3. 03Pulsuz, open source
    Emal və transformasiya
    • dbt Core
    • Apache Spark
    • DuckDB
    • Trino
    • Polars
  4. 04Pulsuz, open source
    Saxlama və Lakehouse
    • PostgreSQL
    • ClickHouse
    • MinIO
    • Apache Iceberg
    • Delta Lake
  5. 05Pulsuz, open source
    Data governance və kataloq
    • OpenMetadata
    • DataHub
    • Apache Atlas
    • Apache Ranger
    • Marquez (lineage)
  6. 06Pulsuz, open source
    Data keyfiyyəti və müşahidə
    • OpenMetadata Data Quality
    • Soda Core
    • Elementary
    • Prometheus
    • Grafana
  7. 07Pulsuz, open source
    BI və hesabatlılıq
    • Apache Superset
    • Metabase
    • Redash
    • Lightdash
    • Grafana
  8. 08Pulsuz, open source
    AI, ML və LLM
    • MLflow
    • Hugging Face Transformers
    • Llama, Mistral, Qwen modelləri
    • Ollama
    • vLLM
    • Qdrant
    • pgvector
    • LangChain
DockerKubernetesOn-premiseLinuxLisenziyasız

Pulsuz open-source alətlərlə qururuq və dəstəkləyirik. Bütün alətləri sizin serverlərinizdə quraşdırır, bir-birinə inteqrasiya edir və SLA ilə dəstəkləyirik. Lisenziya xərci yoxdur, yalnız quraşdırma və dəstək xidməti.

3CSənayelər üzrə use case-lər

16 sənaye, 64 real ssenari. Hər ssenariyə basın: problem, həll, lazım olan data və nəticə açılır.

Bank və maliyyəSığortaNeft və qazEnerji və kommunalKənd təsərrüfatıTelekommunikasiyaDövlət sektoruPərakəndə və e-ticarətSəhiyyəLogistika və nəqliyyatİstehsalTəhsilAviasiya və turizmTikinti və daşınmaz əmlakMedia və marketinqHüquq və komplayens
4 use case
Bank və maliyyə
  • 1Saniyələr içində fraud tutan AI
    Problem
    Saxta əməliyyatlar pul çıxandan sonra aşkarlanır, qaydalar isə yeni sxemləri tutmur.
    Həll
    Hər kart və köçürmə əməliyyatı real vaxtda ML modeli ilə risk balı alır, şübhəlilər avtomatik saxlanılır.
    Lazım olan data
    Əməliyyat tarixçəsi, cihaz və məkan məlumatı, müştəri profili.
    Nəticə
    Fraud itkiləri azalır, saxta xəbərdarlıqların sayı düşür.
  • 2Gedəcək müştərini öncədən tanıyan model
    Problem
    Müştəri hesabını bağlayanda artıq gecdir, bank bunu əvvəlcədən görmür.
    Həll
    Davranış dəyişikliklərinə əsasən hər müştəri üçün getmə ehtimalı hesablanır, riskli müştərilərə fərdi təklif gedir.
    Lazım olan data
    Hesab hərəkətləri, məhsul istifadəsi, şikayətlər, zəng mərkəzi qeydləri.
    Nəticə
    Müştəri itkisi azalır, saxlama kampaniyaları daha dəqiq olur.
  • 3Dəqiqələrdə kredit qərarı
    Problem
    Kredit müraciətinə baxılması günlərlə çəkir və analitikdən asılıdır.
    Həll
    Skorinq modeli ödəmə qabiliyyətini avtomatik qiymətləndirir, sadə müraciətlər dərhal təsdiqlənir.
    Lazım olan data
    Kredit tarixçəsi, gəlir, BKR (kredit bürosu) məlumatları.
    Nəticə
    Qərar müddəti qısalır, gecikmiş kreditlərin payı azalır.
  • 4KYC sənədlərini avtomatik yoxlayan AI
    Problem
    Şəxsiyyət vəsiqəsi və sənədlərin əl ilə yoxlanması uzun çəkir və səhvə açıqdır.
    Həll
    OCR və Document AI sənədlərdən məlumatı çıxarır, uyğunsuzluqları və saxtalıq əlamətlərini işarələyir.
    Lazım olan data
    Skan edilmiş sənədlər, anket məlumatları, sanksiya siyahıları.
    Nəticə
    Onboarding sürətlənir, AML riskləri erkən aşkarlanır.
4 use case
Sığorta
  • 1Saxta iddiaları aşkarlayan model
    Problem
    Saxta sığorta iddiaları ödənildikdən sonra üzə çıxır.
    Həll
    Model iddiaları tarixçə, əlaqələr və anomaliyalar üzrə risk balı ilə qiymətləndirir.
    Lazım olan data
    İddia tarixçəsi, müştəri və təmir servisi məlumatları.
    Nəticə
    Saxta ödənişlər azalır, yoxlama resursu doğru yerə yönəlir.
  • 2Şəkildən avtomatik zərər qiymətləndirməsi
    Problem
    Ekspert baxışı günlərlə gözlənilir.
    Həll
    Computer vision avtomobil şəkillərindən zədəni tanıyır və ilkin xərc təxmini verir.
    Lazım olan data
    Zədə şəkilləri, təmir qiymətləri bazası.
    Nəticə
    İddialar sürətlə bağlanır, müştəri məmnuniyyəti artır.
  • 3Müştəriyə fərdi sığorta qiyməti
    Problem
    Hamıya eyni tarif tətbiq edilir, risk düzgün qiymətlənmir.
    Həll
    Risk modelləri hər müştəri üçün fərdi qiymət təklif edir.
    Lazım olan data
    Müştəri profili, iddia tarixçəsi, telematika.
    Nəticə
    Portfelin gəlirliliyi artır, riskli müştərilər düzgün qiymətlənir.
  • 4İddiaların avtomatik yönləndirilməsi
    Problem
    Bütün iddialar eyni növbəyə düşür.
    Həll
    AI iddianı mürəkkəbliyinə görə təsnif edib uyğun mütəxəssisə yönləndirir.
    Lazım olan data
    İddia mətnləri, sənədlər, tarixçə.
    Nəticə
    Emal müddəti qısalır, mütəxəssislərin yükü balanslaşır.
4 use case
Neft və qaz
  • 1Qəzadan əvvəl xəbər verən avadanlıq
    Problem
    Nasos və kompressorlar gözlənilmədən sıradan çıxır, hasilat dayanır.
    Həll
    Sensor datası üzrə anomaliya modeli nasazlığı günlər əvvəl proqnozlaşdırır.
    Lazım olan data
    Vibrasiya, temperatur, təzyiq sensorları, təmir jurnalı.
    Nəticə
    Plansız dayanmalar azalır, təmir xərcləri optimallaşır.
  • 2Hasilatın ağıllı proqnozu
    Problem
    Hasilat planları təcrübəyə əsaslanır, kənarlaşmalar gec görünür.
    Həll
    ML modelləri quyu göstəricilərindən hasilat həcmini proqnozlaşdırır.
    Lazım olan data
    Quyu datası, hasilat tarixçəsi, geoloji məlumat.
    Nəticə
    Planlaşdırma dəqiqləşir, problemli quyular erkən görünür.
  • 3Kamera ilə 24/7 HSE nəzarəti
    Problem
    Təhlükəsizlik pozuntuları (dəbilqəsiz iş, təhlükəli zona) vaxtında görünmür.
    Həll
    Computer vision video axınında pozuntuları real vaxtda tanıyır və xəbərdarlıq göndərir.
    Lazım olan data
    Mövcud CCTV video axınları.
    Nəticə
    İş qəzalarının riski azalır, HSE hesabatları avtomatlaşır.
  • 4Enerji istehlakının optimallaşdırılması
    Problem
    Qurğular lazım olduğundan çox enerji sərf edir.
    Həll
    Model istehlak nümunələrini analiz edib optimal iş rejimini tövsiyə edir.
    Lazım olan data
    Enerji sayğacları, istehsal rejimləri.
    Nəticə
    Enerji xərcləri və emissiyalar azalır.
4 use case
Enerji və kommunal
  • 1Elektrik tələbinin saatlıq proqnozu
    Problem
    Tələbin səhv proqnozu artıq istehsala və ya çatışmazlığa səbəb olur.
    Həll
    Hava, təqvim və tarixçəyə əsaslanan model saatlıq tələbi proqnozlaşdırır.
    Lazım olan data
    İstehlak tarixçəsi, hava proqnozu, bayramlar.
    Nəticə
    Şəbəkə balansı yaxşılaşır, xərclər azalır.
  • 2İtki və qanunsuz qoşulmaların aşkarlanması
    Problem
    Texniki olmayan itkilər gəliri azaldır.
    Həll
    Anomaliya modeli şübhəli istehlak nümunələrini müəyyən edir.
    Lazım olan data
    Sayğac göstəriciləri, abonent datası, şəbəkə topologiyası.
    Nəticə
    Gəlir itkisi azalır, yoxlamalar hədəfli olur.
  • 3Ağıllı sayğac analitikası
    Problem
    Milyonlarla sayğac göstəricisi istifadəsiz qalır.
    Həll
    Lakehouse platformasında datanın toplanması və dashboard-lar qurulur.
    Lazım olan data
    Ağıllı sayğac axınları.
    Nəticə
    Operativ qərarlar üçün real vaxt görüntüsü yaranır.
  • 4Şəbəkə avadanlığının vəziyyət monitorinqi
    Problem
    Transformator nasazlıqları gözlənilmədən baş verir.
    Həll
    Sensor datası üzrə vəziyyət indeksi hesablanır, riskli avadanlıq sıralanır.
    Lazım olan data
    Transformator sensorları, təmir tarixçəsi.
    Nəticə
    Qəzalar azalır, təmir büdcəsi prioritetləşir.
4 use case
Kənd təsərrüfatı
  • 1Kosmosdan sahə monitorinqi
    Problem
    Böyük sahələri gəzərək yoxlamaq mümkün deyil.
    Həll
    Peyk təsvirləri üzrə bitki sağlamlığı indeksləri (NDVI) avtomatik hesablanır.
    Lazım olan data
    Açıq peyk təsvirləri (Sentinel), sahə sərhədləri.
    Nəticə
    Problemli ərazilər erkən görünür, resurslar hədəfli istifadə olunur.
  • 2Məhsuldarlığı öncədən bilmək
    Problem
    Məhsul həcmi yığımdan sonra məlum olur.
    Həll
    Hava, torpaq və peyk datası ilə məhsuldarlıq modeli qurulur.
    Lazım olan data
    Hava stansiyaları, torpaq analizləri, tarixçə.
    Nəticə
    Satış və logistika əvvəlcədən planlaşdırılır.
  • 3Suyu qənaətlə işlədən ağıllı suvarma
    Problem
    Suvarma təcrübəyə görə aparılır, su israf olunur.
    Həll
    IoT torpaq nəm sensorları və hava proqnozu ilə suvarma cədvəli avtomatik tənzimlənir.
    Lazım olan data
    Nəm sensorları, hava proqnozu.
    Nəticə
    Su sərfi azalır, məhsul keyfiyyəti sabitləşir.
  • 4Xəstəlik və zərərvericilərin erkən aşkarlanması
    Problem
    Xəstəlik yayılandan sonra görünür.
    Həll
    Mobil telefonla çəkilən yarpaq şəkillərini AI təsnif edir.
    Lazım olan data
    Bitki şəkilləri, məkan məlumatı.
    Nəticə
    Pestisid istifadəsi azalır, itkilər qarşısı alınır.
4 use case
Telekommunikasiya
  • 1Abunəçi getməzdən əvvəl xəbərdarlıq
    Problem
    Abunəçilər rəqib operatora keçir.
    Həll
    Churn modeli istifadə və şikayət siqnallarından risk balı hesablayır.
    Lazım olan data
    CDR, ödəniş tarixçəsi, şikayətlər.
    Nəticə
    Abunəçi itkisi azalır.
  • 2Şəbəkə yükünün proqnozu
    Problem
    Pik saatlarda şəbəkə sıxlığı keyfiyyəti aşağı salır.
    Həll
    Baza stansiyaları üzrə trafik proqnozlaşdırılır, resurslar əvvəlcədən paylanır.
    Lazım olan data
    Şəbəkə trafiki, hadisə təqvimi.
    Nəticə
    Xidmət keyfiyyəti yüksəlir, investisiya düzgün planlaşır.
  • 3Hər abunəçiyə fərdi tarif
    Problem
    Kütləvi təkliflər az cavab alır.
    Həll
    Tövsiyə modeli istifadə profilinə uyğun paket təklif edir.
    Lazım olan data
    İstifadə datası, tarif tarixçəsi.
    Nəticə
    Upsell gəliri artır.
  • 4Telekom fraud aşkarlanması
    Problem
    SIM box və beynəlxalq zəng fraudları gəlir itirir.
    Həll
    Anomaliya modeli şübhəli zəng nümunələrini real vaxtda tapır.
    Lazım olan data
    CDR və şəbəkə hadisələri.
    Nəticə
    Fraud itkisi azalır.
4 use case
Dövlət sektoru
  • 1Vergi riskini öncədən görən analitika
    Problem
    Yoxlamalar təsadüfi seçilir, risklər gec aşkarlanır.
    Həll
    Risk modeli bəyannamələrdəki uyğunsuzluqları və anomaliyaları qiymətləndirir.
    Lazım olan data
    Bəyannamələr, e-qaimələr, əlaqəli şəxslər.
    Nəticə
    Yoxlamaların effektivliyi artır.
  • 2Vətəndaş müraciətlərini ayıran AI
    Problem
    Minlərlə müraciət əl ilə paylanır.
    Həll
    NLP modeli Azərbaycan dilində müraciəti mövzuya görə təsnif edib uyğun quruma yönləndirir.
    Lazım olan data
    Müraciət mətnləri və tarixçəsi.
    Nəticə
    Cavab müddəti qısalır.
  • 3Rəhbər üçün real-time dashboard
    Problem
    Hesabatlar Excel-də həftələrlə hazırlanır.
    Həll
    Mənbələr vahid data platformasına birləşdirilir, idarəetmə panelləri qurulur.
    Lazım olan data
    Qurumun informasiya sistemləri.
    Nəticə
    Qərarlar aktual rəqəmlərə əsaslanır.
  • 4Sənəd dövriyyəsinin avtomatlaşdırılması
    Problem
    Kağız və skan sənədlər əl ilə emal olunur.
    Həll
    Document AI sənədlərdən məlumatı çıxarır və sistemə daxil edir.
    Lazım olan data
    Skan sənədlər, formlar.
    Nəticə
    Əl əməyi azalır, səhvlər düşür.
4 use case
Pərakəndə və e-ticarət
  • 1Rəfləri boş qoymayan tələb proqnozu
    Problem
    Bəzi məhsullar bitir, bəziləri anbarda qalır.
    Həll
    Mağaza və məhsul səviyyəsində tələb proqnozu əsasında sifariş avtomatlaşır.
    Lazım olan data
    Satış tarixçəsi, aksiyalar, bayramlar.
    Nəticə
    Stok çatışmazlığı və artıq qalıq azalır.
  • 2“Bunu da bəyənəcəksiniz” tövsiyələri
    Problem
    Onlayn müştəriyə hamıya eyni məhsullar göstərilir.
    Həll
    Tövsiyə sistemi davranışa əsasən fərdi məhsul seçir.
    Lazım olan data
    Baxış və alış tarixçəsi.
    Nəticə
    Orta səbət dəyəri artır.
  • 3Dinamik qiymət optimallaşdırması
    Problem
    Qiymətlər əl ilə və gec dəyişdirilir.
    Həll
    Model tələb, rəqib qiyməti və stoka görə optimal qiymət təklif edir.
    Lazım olan data
    Satış, qiymət tarixçəsi, rəqib qiymətləri.
    Nəticə
    Marja yaxşılaşır.
  • 4Loyallıq analitikası
    Problem
    Loyallıq kartı datası istifadə olunmur.
    Həll
    Müştəri seqmentasiyası və fərdi kampaniyalar qurulur.
    Lazım olan data
    Loyallıq kartı əməliyyatları.
    Nəticə
    Təkrar alışlar artır.
4 use case
Səhiyyə
  • 1Rentgen və MRT üçün AI köməkçi
    Problem
    Radioloqların yükü böyükdür, təcili hallar növbədə gözləyir.
    Həll
    AI təsvirlərdə şübhəli sahələri işarələyir və təcili halları öndə sıralayır (qərarı həkim verir).
    Lazım olan data
    Anonimləşdirilmiş tibbi təsvirlər.
    Nəticə
    Diaqnostika sürətlənir.
  • 2Xəstə axınının proqnozu
    Problem
    Təcili yardım şöbəsi gözlənilmədən dolur.
    Həll
    Model gündəlik və saatlıq xəstə sayını proqnozlaşdırır.
    Lazım olan data
    Qəbul tarixçəsi, mövsümilik.
    Nəticə
    Növbələr və resurslar düzgün planlaşır.
  • 3Tibbi sənədləri oxuyan AI
    Problem
    Epikriz və analizlərdən məlumat əl ilə çıxarılır.
    Həll
    NLP və OCR ilə strukturlaşdırılmış məlumat avtomatik alınır.
    Lazım olan data
    Tibbi sənədlər.
    Nəticə
    Həkim vaxtı sənədləşməyə deyil, xəstəyə sərf olunur.
  • 4Resurs və növbə planlaması
    Problem
    Çarpayı və əməliyyat otaqları səmərəsiz istifadə olunur.
    Həll
    Optimallaşdırma modeli cədvəlləri tərtib edir.
    Lazım olan data
    Qəbul, əməliyyat və çarpayı datası.
    Nəticə
    Gözləmə müddəti qısalır.
4 use case
Logistika və nəqliyyat
  • 1Yanacağa qənaət edən marşrutlar
    Problem
    Marşrutlar təcrübəyə görə qurulur.
    Həll
    Optimallaşdırma alqoritmi tıxac və sifarişləri nəzərə alaraq marşrut qurur.
    Lazım olan data
    GPS, sifarişlər, xəritə datası.
    Nəticə
    Yanacaq və vaxt xərcləri azalır.
  • 2Çatdırılma vaxtının dəqiq proqnozu
    Problem
    Müştəriyə dəqiq çatdırılma vaxtı deyilə bilmir.
    Həll
    ML modeli real vaxt datası ilə gəliş vaxtını proqnozlaşdırır.
    Lazım olan data
    GPS izləri, tarixçə.
    Nəticə
    Müştəri məmnuniyyəti artır.
  • 3Anbarın ağıllı yerləşdirilməsi
    Problem
    Tez satılan mallar uzaq rəflərdədir.
    Həll
    Analitika malların optimal yerləşməsini təklif edir.
    Lazım olan data
    Anbar hərəkətləri.
    Nəticə
    Toplama sürəti artır.
  • 4Yüklərin real-time izlənməsi
    Problem
    Yükün harada olduğu bilinmir.
    Həll
    IoT və streaming platforması ilə canlı izləmə paneli qurulur.
    Lazım olan data
    Sensor və GPS axınları.
    Nəticə
    Gecikmələr erkən görünür.
4 use case
İstehsal
  • 1Kamera ilə qüsurlu məhsulun aşkarlanması
    Problem
    Keyfiyyət yoxlaması seçmə və əl ilə aparılır.
    Həll
    Computer vision xətt üzərində hər məhsulu yoxlayır.
    Lazım olan data
    Xətt kameraları.
    Nəticə
    Xarab məhsul müştəriyə çatmır.
  • 2Dayanmayan istehsal xətti
    Problem
    Avadanlıq nasazlığı xətti dayandırır.
    Həll
    Proqnozlaşdırıcı texniki xidmət modeli nasazlığı öncədən bildirir.
    Lazım olan data
    Maşın sensorları, təmir jurnalı.
    Nəticə
    Dayanma müddəti azalır.
  • 3Xammal sərfinin optimallaşdırılması
    Problem
    Xammal itkisi yüksəkdir.
    Həll
    Proses datası analiz edilir, optimal parametrlər tapılır.
    Lazım olan data
    Proses və keyfiyyət datası.
    Nəticə
    Xərclər azalır.
  • 4İstehsal planının proqnozu
    Problem
    Plan tələbə uyğun gəlmir.
    Həll
    Tələb proqnozu istehsal planına bağlanır.
    Lazım olan data
    Satış və istehsal tarixçəsi.
    Nəticə
    Stok və gecikmələr azalır.
4 use case
Təhsil
  • 1Tələbə uğursuzluğunun erkən siqnalları
    Problem
    Tələbə kursu atandan sonra problem görünür.
    Həll
    Model iştirak və qiymətlərdən risk balı hesablayır.
    Lazım olan data
    Davamiyyət, qiymətlər, LMS aktivliyi.
    Nəticə
    Kursdan çıxma halları azalır.
  • 2Fərdi öyrənmə yolu
    Problem
    Hamıya eyni tədris materialı verilir.
    Həll
    Tövsiyə sistemi səviyyəyə uyğun material təklif edir.
    Lazım olan data
    Test nəticələri, aktivlik.
    Nəticə
    Nəticələr yaxşılaşır.
  • 3Tədris keyfiyyəti analitikası
    Problem
    Keyfiyyət subyektiv qiymətləndirilir.
    Həll
    Rəy və nəticələr vahid paneldə analiz edilir.
    Lazım olan data
    Sorğular, qiymətlər.
    Nəticə
    Qərarlar dataya əsaslanır.
  • 4AI tədris asistenti
    Problem
    Tələbələrin sualları iş saatından kənar cavabsız qalır.
    Həll
    RAG əsaslı asistent tədris materialları üzrə cavab verir.
    Lazım olan data
    Kurs materialları.
    Nəticə
    Dəstək 24/7 olur.
4 use case
Aviasiya və turizm
  • 1Uçuş və otel tələbinin proqnozu
    Problem
    Tutum planlaması gecikir.
    Həll
    Tələb modeli mövsüm və tədbirləri nəzərə alır.
    Lazım olan data
    Rezervasiya tarixçəsi, təqvim.
    Nəticə
    Doluluq artır.
  • 2Dinamik bilet və otaq qiyməti
    Problem
    Sabit qiymətlər gəliri itirir.
    Həll
    Revenue management modeli qiyməti tələbə görə tənzimləyir.
    Lazım olan data
    Rezervasiya və qiymət datası.
    Nəticə
    Gəlir artır.
  • 3Çoxdilli AI müştəri xidməti
    Problem
    Operatorlar bütün dillərdə cavab verə bilmir.
    Həll
    LLM əsaslı asistent Azərbaycan, rus, ingilis dillərində cavab verir.
    Lazım olan data
    FAQ, qaydalar, rezervasiya sistemi.
    Nəticə
    Cavab müddəti qısalır.
  • 4Rəylərin avtomatik analizi
    Problem
    Minlərlə rəy oxunmur.
    Həll
    NLP rəyləri mövzu və əhval üzrə təsnif edir.
    Lazım olan data
    Onlayn rəylər.
    Nəticə
    Problemlər tez həll olunur.
4 use case
Tikinti və daşınmaz əmlak
  • 1Əmlakın AI ilə qiymətləndirilməsi
    Problem
    Qiymətləndirmə subyektiv və yavaşdır.
    Həll
    Model yer, sahə və bazar datasına görə qiymət təxmin edir.
    Lazım olan data
    Satış elanları, əməliyyatlar.
    Nəticə
    Qiymətləndirmə sürətlənir.
  • 2Layihə gecikmələrinin proqnozu
    Problem
    Gecikmələr son anda görünür.
    Həll
    Model tapşırıq və resurs datasından gecikmə riskini hesablayır.
    Lazım olan data
    Layihə planları, hesabatlar.
    Nəticə
    Risklər erkən idarə olunur.
  • 3Tikinti sahəsində təhlükəsizlik nəzarəti
    Problem
    Qoruyucu vasitələrə nəzarət çətindir.
    Həll
    Computer vision video ilə pozuntuları tanıyır.
    Lazım olan data
    Sahə kameraları.
    Nəticə
    Qəzalar azalır.
  • 4Satış və icarə analitikası
    Problem
    Tələbin harada olduğu aydın deyil.
    Həll
    Bazar datası üzrə dashboard və proqnozlar qurulur.
    Lazım olan data
    Elanlar, satış datası.
    Nəticə
    İnvestisiya qərarları dəqiqləşir.
4 use case
Media və marketinq
  • 1Kampaniya effektivliyinin ölçülməsi
    Problem
    Hansı kanalın satış gətirdiyi bilinmir.
    Həll
    Marketinq atribusiya modeli kanalların töhfəsini hesablayır.
    Lazım olan data
    Reklam, veb və satış datası.
    Nəticə
    Büdcə effektiv paylanır.
  • 2Müştəri seqmentasiyası
    Problem
    Hamıya eyni mesaj göndərilir.
    Həll
    Klasterləşdirmə ilə davranış seqmentləri yaradılır.
    Lazım olan data
    CRM və əməliyyat datası.
    Nəticə
    Kampaniyalara cavab artır.
  • 3AI ilə məzmun yaradılması
    Problem
    Məzmun hazırlığı çox vaxt aparır.
    Həll
    Generative AI brend qaydalarına uyğun mətn qaralamaları hazırlayır.
    Lazım olan data
    Brend bələdçisi, köhnə məzmun.
    Nəticə
    Məzmun istehsalı sürətlənir.
  • 4Sosial media əhval analizi
    Problem
    Brend haqqında fikirlər izlənmir.
    Həll
    NLP paylaşımları əhval və mövzuya görə analiz edir.
    Lazım olan data
    Sosial media datası.
    Nəticə
    Böhranlar erkən görünür.
4 use case
Hüquq və komplayens
  • 1Müqavilələrdə riskli bəndləri tapan AI
    Problem
    Müqavilələrin yoxlanması saatlar aparır.
    Həll
    LLM müqaviləni şablonla müqayisə edib riskli bəndləri işarələyir.
    Lazım olan data
    Müqavilələr, standart şablonlar.
    Nəticə
    Yoxlama müddəti qısalır.
  • 2Tənzimləmə dəyişikliklərinin izlənməsi
    Problem
    Yeni qaydalar gec öyrənilir.
    Həll
    AI qanunvericilik mənbələrini izləyib dəyişiklikləri xülasə edir.
    Lazım olan data
    Rəsmi mənbələr.
    Nəticə
    Komplayens riskləri azalır.
  • 3Hüquqi sənədlərdə ağıllı axtarış
    Problem
    Lazımi sənədi tapmaq çətindir.
    Həll
    RAG əsaslı axtarış suala uyğun hissəni mənbə ilə göstərir.
    Lazım olan data
    Daxili sənəd arxivi.
    Nəticə
    Axtarış vaxtı azalır.
  • 4Daxili audit analitikası
    Problem
    Audit seçmə yoxlamaya əsaslanır.
    Həll
    Anomaliya analitikası bütün əməliyyatları yoxlayır.
    Lazım olan data
    ERP və əməliyyat datası.
    Nəticə
    Pozuntular erkən aşkarlanır.
04

04Mədəni transformasiya proqramı

Texnologiya yox, insanlar dəyişir: təşkilatınıza uyğun data və AI mədəniyyəti.

Beynəlxalq best practice (ADKAR və Kotter dəyişiklik modelləri, DAMA-DMBOK) əsasında, təşkilatınızın ölçüsünə və yetkinliyinə uyğunlaşdırılır. Rüblük, 6 aylıq və ya illik formatda.

01
Rəhbərlik və vizyon

Data mədəniyyəti yuxarıdan başlayır: rəhbərlik nümunə göstərir və istiqaməti müəyyən edir.

Nə edirik?
  • Rəhbərlik üçün data və AI vizyon seminarı
  • Data sponsoru və data şurasının (Data Council) yaradılması
  • Transformasiya məqsədləri və KPI-ların təsdiqi
02
Data savadlılığı

Hər əməkdaş öz rolunda datanı oxuya, sorğulaya və qərara çevirə bilir.

Nə edirik?
  • Rol üzrə 3 səviyyə: Xəbərdar, Praktik, Ekspert
  • Data savadlılığının başlanğıc və son ölçməsi
  • Real şirkət datası ilə praktik təlimlər
03
Data çempionları şəbəkəsi

Hər departamentdə dəyişikliyi daxildən aparan “data səfirləri”.

Nə edirik?
  • Çempionların seçilməsi və xüsusi təlimi
  • Aylıq çempion görüşləri və bilik paylaşımı
  • Departament səviyyəsində kiçik data layihələri
04
Governance və etibar

İnsanlar dataya güvənəndə ondan istifadə edirlər.

Nə edirik?
  • Data sahibləri və steward-ların təyini
  • Əsas göstəricilər üçün vahid tərif (KPI lüğəti)
  • Data keyfiyyəti qaydaları və şəffaf hesabatlılıq
05
Alətlər və self-service

Datanı əlçatan edən, pulsuz open-source əsaslı iş mühiti.

Nə edirik?
  • Self-service BI və data kataloqu
  • Təhlükəsiz AI köməkçilərinə giriş
  • Alət istifadəsi üzrə qısa video bələdçilər
06
Ünsiyyət və motivasiya

Uğurlar görünən olanda yeni vərdişlər yayılır.

Nə edirik?
  • Data Demo Day və daxili hakatonlar
  • Uğur hekayələrinin daxili bülletendə paylaşılması
  • Data əsaslı qərarların tanınması və mükafatlandırılması
07
Ölçmə və davamlılıq

Mədəniyyət ölçülmədən idarə olunmur.

Nə edirik?
  • Data mədəniyyəti yetkinlik indeksi
  • İstifadə və qəbul göstəriciləri paneli
  • Rüblük qiymətləndirmə və düzəliş planı

6 aylıq yol xəritəsi

Rüblük formatda sıxlaşdırılır, illik formatda 7–12-ci aylarda bütün təşkilata genişlənir.

  1. 1DiaqnostikaMədəniyyət və yetkinlik ölçməsi, müsahibələr
  2. 2VizyonRəhbərlik seminarı, data şurası, KPI-lar
  3. 3İnsanlarData savadlılığı üzrə ilk addımlar, çempionlar şəbəkəsi
  4. 4Pilotlar2–3 departamentdə real use case-lər
  5. 5GenişlənməSelf-service alətlər, akademiya, Demo Day
  6. 6DavamlılıqSon ölçmə, nəticə hesabatı, növbəti plan

3 ay

Rüblük: Sürətli başlanğıc

Transformasiyaya ilk addım atmaq istəyən təşkilatlar üçün.

  • Data mədəniyyəti diaqnostikası
  • Rəhbərlik üçün vizyon seminarı
  • Data savadlılığı: Xəbərdar səviyyəsi
  • Çempionlar şəbəkəsinin qurulması
  • 1 pilot use case
Tövsiyə olunan

6 ay

6 aylıq: Tam transformasiya

Best practice əsasında bütün 7 istiqaməti əhatə edən əsas proqram.

  • Rüblük formatın hamısı
  • Rol üzrə data akademiyası (3 səviyyə)
  • 2–3 departamentdə pilot layihələr
  • Governance rolları və KPI lüğəti
  • Self-service BI və AI köməkçiləri
  • Mədəniyyət göstəriciləri paneli

12 ay

İllik: Mükəmməllik mərkəzi

Data və AI-ı gündəlik iş vərdişinə çevirmək istəyənlər üçün.

  • 6 aylıq formatın hamısı
  • Data və AI mərkəzinin (CoE) qurulması
  • Bütün departamentlərə genişlənmə
  • Rüblük mədəniyyət ölçmələri
  • Qabaqcıl AI qəbulu proqramı
  • Daxili təlimçilərin hazırlanması

4ANəticəni necə ölçürük

Hər ay yenilənən canlı panel: mədəniyyətin dəyişdiyini rəqəmlərlə görürsünüz.

Canlı panel

Data mədəniyyəti analitikası

3 ay6 ay12 ay
Nümunə data
  • Data savadlılığı indeksi▲ 16 başlanğıca görə
  • Data əsaslı qərarlar%▲ 13% başlanğıca görə
  • Aktiv dashboard istifadəçiləri%▲ 14% başlanğıca görə
  • AI köməkçisi qəbulu%▲ 22% başlanğıca görə
  • Data keyfiyyəti balı▲ 7 başlanğıca görə
  • Data çempionları▲ 12 başlanğıca görə

Aylıq irəliləyiş, 3 ay

  • Data savadlılığı indeksi
  • Data əsaslı qərarlar, %
406080Ay 1Ay 2Ay 3 465562
  • Data savadlılığı indeksi▲ 32 başlanğıca görə
  • Data əsaslı qərarlar%▲ 28% başlanğıca görə
  • Aktiv dashboard istifadəçiləri%▲ 37% başlanğıca görə
  • AI köməkçisi qəbulu%▲ 58% başlanğıca görə
  • Data keyfiyyəti balı▲ 19 başlanğıca görə
  • Data çempionları▲ 24 başlanğıca görə

Aylıq irəliləyiş, 6 ay

  • Data savadlılığı indeksi
  • Data əsaslı qərarlar, %
406080Ay 1Ay 2Ay 3Ay 4Ay 5Ay 6 465259667278
  • Data savadlılığı indeksi▲ 42 başlanğıca görə
  • Data əsaslı qərarlar%▲ 39% başlanğıca görə
  • Aktiv dashboard istifadəçiləri%▲ 52% başlanğıca görə
  • AI köməkçisi qəbulu%▲ 76% başlanğıca görə
  • Data keyfiyyəti balı▲ 25 başlanğıca görə
  • Data çempionları▲ 40 başlanğıca görə

Aylıq irəliləyiş, 12 ay

  • Data savadlılığı indeksi
  • Data əsaslı qərarlar, %
406080123456789101112 465055606469737780838688

Mədəniyyət yetkinliyi

3.4/ 5

Başlanğıc: 2.1, ▲ 1.3 səviyyə

  • İlkin
  • Xəbərdar
  • Aktiv
  • İdarə olunan
  • Optimallaşmış

Əvvəl və sonra

SavadlılıqAlətlərGovernanceQərarlarAI
  • Başlanğıc
  • Hazırkı

Data savadlılığı səviyyələri

905əməkdaş

  • Xəbərdar620
  • Praktik240
  • Ekspert45

Departamentlər üzrə alət istifadəsi

  • Maliyyə82%
  • IT90%
  • Satış74%
  • Marketinq71%
  • Əməliyyat68%
  • HR55%

Mədəniyyət istilik xəritəsi (1–5)

SavadlılıqAlətlərGovernanceQərarlarAI
Maliyyə44543
IT55445
Satış43343
Marketinq34344
Əməliyyat33432
HR32322

Canlı fəaliyyət

  • MaliyyəYeni idarəetmə dashboard-u istifadəyə verildi
  • HR14 əməkdaş Praktik səviyyəni bitirdi
  • SatışAI köməkçisi ilə ilk həftəlik hesabat
  • ITData kataloqunda 120 cədvəl sənədləşdi
  • MarketinqData Demo Day: 3 layihə təqdim olundu
  • ƏməliyyatKeyfiyyət qaydaları 96% uyğunluq göstərdi
  • RəhbərlikData şurasının aylıq iclası keçirildi
  • Maliyyə2 yeni data çempionu təyin edildi
  • MaliyyəYeni idarəetmə dashboard-u istifadəyə verildi
  • HR14 əməkdaş Praktik səviyyəni bitirdi
  • SatışAI köməkçisi ilə ilk həftəlik hesabat
  • ITData kataloqunda 120 cədvəl sənədləşdi
  • MarketinqData Demo Day: 3 layihə təqdim olundu
  • ƏməliyyatKeyfiyyət qaydaları 96% uyğunluq göstərdi
  • RəhbərlikData şurasının aylıq iclası keçirildi
  • Maliyyə2 yeni data çempionu təyin edildi

Ölçmə mənbələri

  • Anonim sorğularMədəniyyət və inam göstəriciləri
  • Platforma loglarıBI və AI alətlərinin real istifadəsi
  • Test və sertifikatlarData savadlılığı səviyyələri
  • Keyfiyyət qaydalarıDatanın etibarlılığı

Baseline proqramın əvvəlində ölçülür, sonra hər ay yenilənir. Panel pulsuz open-source Apache Superset və ya Metabase üzərində qurulur. Rəqəmlər nümunədir.

Gəlin danışaq.

Təlim və ya xidmət üçün zəng edin, birlikdə seçək.

010 398 79 55

Qorumalı: The Complete Web Development Bootcamp

Qorumalı: The Complete Web Development Bootcamp

K
By kamil.mikayilov99@gmail.com In Development
$199.00 $259.00
Data Science Foundations

Data Science Foundations

10h
K
By kamil.mikayilov99@gmail.com
Enroll Course
Python for Data Science

Python for Data Science

K
By kamil.mikayilov99@gmail.com In Data & AI
$59.00 $99.00
Hi, Welcome back!
Forgot Password?
Don't have an account?  Register Now

Need Help Getting Started? We’re Here to Help.

info@cedallc.com

Company

  • About Us
  • Contact Us

Social Links

  • Facebook
  • Linkedin
  • Instagram
Scroll to Top